Vasif Qurbanzadə: XII Bakı Beynəlxalq Kitab Sərgisində yeni ölkələr təmsil olunacaq

A- A A+

Bakı Beynəlxalq Kitab Sərgisində bu il iştirak edəcək ölkələr arasında əvvəlki illərdə təmsil olunanlarla yanaşı, yeni iştirakçılar da var. ABŞ, Böyük Britaniya, Polşa və Səudiyyə Ərəbistanı sərgidə öz stendləri ilə təmsil olunacaqlar.

NUHÇIXAN  xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında səsləndirib.

O bildirib ki, Azərbaycan mədəniyyətinin və Mədəniyyət Nazirliyinin kitab siyasətinin beynəlxalq miqyasda tanıdılması mühüm əhəmiyyət daşıyır: "Bu məqsədlə yaxın günlərdə keçirilən Frankfurt Kitab Sərgisində Bakı Beynəlxalq Kitab Sərgisində iştirakın təşviqi və gələcək illərdə xarici tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində 40-dan çox görüş keçirmişik".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: