Şahbuz Rayon Xalq Teatrı yeni tamaşa hazırlayıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Şahbuz Rayon Xalq Teatrının kollektivi Əbdürrəhim bəy Haqverdiyevin "Məşədi Qulam qiraət öyrənir" əsəri əsasında hazırladığı eyniadlı tamaşanı  nümayiş etdirib.

Kiçik həcmli "Məşədi Qulam qiraət öyrənir" pyesində  görkəmli dramaturq ötən əsrin əvvəllərində cəmiyyətdə rast gəlinən müəyyən eybəcərlikləri tənqid edir, əxlaqi-mənəvi davranışlara diqqət çəkir.

Şahbuz Rayon Mədəniyyət Sarayında təqdim edilən tamaşanın quruluşcu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Emin Hüseynovdur. Tamaşada rolları Elbəyi Qəhrəmanov, Səadət Abdinova və başqa aktyorlar oynayırlar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: