“Buta” muğam ansamblının Ordubad rayonunda konserti olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Ordubad Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblının konserti olub.

Qeyd edək ki, Naxçıvan Musiqi Kollecində 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. 40 ildən artıq fəaliyyət göstərən kollecdə müxtəlif musiqi kollektivləri də yaradılıb. “Buta” muğam ansamblı da bu kollektivlərdən biridir. Kollektivin təqdim etdiyi konsertdə ansamblın solistləri Azər Əkbərov, Xalid Həsənov, Nurlan Nuriyev, Kənan Cəfərov, Ağaxan Məmmədov, Əbülfəz Məmmədov muğam və təsniflər, xalq və bəstəkar mahnıları ifa ediblər. Ansamblın üzvlərinin ifasında səslənən Oqtay Kazımi, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Əlibaba Məmmədov, Rauf Məmmədovun yaradıcılığından olan  mahnılar alqışlarla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: