“Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı ilə görüş olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, oktyabrın 26-da Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Fazil Məmmədov “Ən aktiv oxucularımızı tanıyaq” layihəsinin növbəti iştirakçısı - Naxçıvan şəhər sakini Qasımov Vidadi Əli oğlu ilə görüşüb, onu təbrik edib, layihənin məqsədi və əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı Vidadi Qasımova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı təqdim olunub və kitablar hədiyyə edilib. Həmçinin bildirilib ki, Vidadi Qasımov və ailə üzvləri mövsüm ərzində Naxçıvanda teatr tamaşalarında ödənişsiz iştirak etmək imkanı da əldə ediblər.