UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti: Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz

A- A A+

Süni intellekt qlobal kommunikasiyanı transformasiya etdikcə dil müxtəlifliyi ciddi təhlükə ilə üzləşir. Dil dərin mənada mədəniyyətin daşıyıcısıdır. Süni intellekt insan yaradıcılığını heç vaxt əvəz edə bilməz, lakin məzmunun yaradılmasına dəstək göstərə bilər. Buna görə də süni intellektin imkanlarını öyrənmək və onlardan səmərəli istifadə etmək vacibdir.

NUHÇIXAN  xəbər verir ki, bu fikirləri UNESCO üzrə Macarıstan Milli Komissiyasının prezidenti, səfir Katalin Ann Mariya Bogyay oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Beynəlxalq təşkilatların 3-cü yüksəksəviyyəli görüşü və “Bakı Prosesi” çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasının ikinci hissəsindəki çıxışında səsləndirib.

O diqqətə çatdırıb ki, sənət adamları da yaradıcılıq prosesində süni intellektin imkanlarından faydalana bilərlər.

“Bizim məqsədimiz demokratik dəyərləri qorumaq, dünyanın və Avropanın zəngin mədəni landşaftını mühafizə etməkdir. Texnoloji innovasiyalar insan amilini və mədəni dəyərləri nəzərə alaraq inkişaf etdirilməlidir. Süni intellekt isə yumşaq gücün tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır”,- deyə Katalin Ann Mariya Bogyay əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: