"Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar

A- A A+

"Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar.

NUHÇIXAN "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Yayımları Birliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, şou zamanı bəzi səslər səhv hesablanıb və bu səbəbdən səslərə yenidən baxılıb.

Səsvermənin yeni nəticələrinə əsasən, Norveç İsveçi üstələyərək 5-ci yerdə qərarlaşıb, Şimali Makedoniya Azərbaycanı keçib və ölkəmiz 8-ci pilləyə düşüb, Belarus isə Almaniyanı keçib.

Qeyd edək ki, "Avroviziya-2019"un qalibi "Arcade" mahnısını ifa edən Niderland təmsilçisi Dunkan Lourens olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: