Bakı Prosesi çərçivəsində ilk dəfə beynəlxalq dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunur

A- A A+

Bakı Prosesi çərçivəsində beynəlxalq və regional dialoq platformaları arasında əməkdaşlığın gücləndirilməsi, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı, sülh quruculuğu və sosial birliyin təşviqi məsələləri müzakirə edilir.

NUHÇIXAN  xəbər verir ki, panelin moderatoru Mədəniyyət Nazirliyinin Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlı bu formatın Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən ilk təşəbbüs olduğunu bildirib.

Qeyd edib ki, “Beynəlxalq dialoq və sülh platformaları arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan təşəbbüsün əsas məqsədi dünyanın müxtəlif regionlarını və fəaliyyət sahələrini təmsil edən dialoq platformalarını bir araya gətirmək, parçalanmış dünyada körpülərin qurulmasına onların birgə töhfəsini artırmaq üçün praktiki imkanları araşdırmaqdır.

Təşəbbüs çərçivəsində beynəlxalq və regional dialoq platformaları üçün Bakı Prosesi çərçivəsində ilk ümumi görüş məkanının yaradılması nəzərdə tutulur. İştirakçılar mədəniyyətlərarası və dinlərarası dialoq, sülh quruculuğu və sosial birliyin qarşısında duran çağırışlarla bağlı fikir mübadiləsi aparacaq, mövcud təşəbbüsləri, ekspertiza imkanlarını və əməkdaşlıq perspektivlərini nəzərdən keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: