Xalq yazıçısı Ədəbiyyat Muzeyində anılıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun həyat və yaradıcılığına həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət naziri Natəvan Qədimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yazıçının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamlarının icrası istiqamətində keçiriləcək Tədbirlər Planı barədə məlumat verib, yazıçının həyat və yaradıcılıqdan danışıb.

Filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov yazıçının yaradıcılığının müxtəlif sahələri ilə bağlı danışıblar.

Tədbirin sonunda Xalq yazıçısının 100 illiyinə həsr olunmuş sərgiyə baxış olub.

Əli Rzayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: