Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Doğma yurdum Naxçıvan” adlı rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi münasibəti ilə keçirilən müsabiqədə müvafiq məktəblərdə rəsm ixtisası üzrə təhsil alan 21 şagird iştirak edib. Müsabiqə iştirakçılarının çəkdiyi rəsmlərdə doğma diyarımız, gözəl Naxçıvanın qədim tarixi, zəngin mədəniyyət abidələri, füsunkar təbiəti əks olunub.
Müsabiqədə Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin IV sinif şagirdi Nisəbəyim Babayeva I, Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbinin IV sinif şagirdi Zəfər Quliyev və Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin II sinif şagirdi Bayram Tahirov II, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin IV sinif şagirdləri Turac Bağırlı, Gülay Zeynalova və Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin II sinif şagirdi Aydan Hüseynzadə III yerin qalibi olublar.
Müsabiqənin sonunda qaliblər diplomla, fəal iştirak edən şagirdlərdən 7 nəfəri isə fəxri fərmanla təltif olunublar.