Naxçıvan və Salyan Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandum Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradlı tərəfindən imzalanıb.

Sənədin əsas məqsədi iki teatr arasında mədəni əlaqələri genişləndirmək, qarşılıqlı əməkdaşlığı gücləndirmək və teatr sənəti sahəsində təcrübə mübadiləsini inkişaf etdirməkdir.

Memoranduma əsasən, birgə yaradıcılıq layihələrinin hazırlanması və həyata keçirilməsi, tamaşaların qarşılıqlı nümayişi, yaradıcı kollektivlər arasında təcrübə mübadiləsinin təşkili, eləcə də qarşılıqlı qastrol səfərlərinin keçirilməsi nəzərdə tutulur.

İmzalanan memorandumun hər iki teatrın yaradıcılıq fəaliyyətinə yeni imkanlar qazandıracağı, kollektivlər arasında peşəkar əlaqələri möhkəmləndirəcəyi və kukla teatrı sənətinin inkişafına töhfə verəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: