Fransız rəssamı Pol Qoqenin yeni əsəri tapılıb

A- A A+

Məşhur fransız rəssamı Pol Qoqenin (1848-1903) məktəb yaşlarında çəkdiyi əsəri tapılıb.

NUHÇIXAN xəbər verir ki, rəsm auksionçu Aymerik Ruyak tərəfindən aşkar olunub. Şəkil ona ötən ilin payızında ekspert gözü ilə baxılması üçün verilib.

Əsərin sahibini şəkil üzərində Pol Qoqenin imzasının yazılması təəccübləndirib.

Şəkildə dörd mərtəbəli ev təsvir olunub. Qoqen şəkli öz müəlliminin çəkdiyi rəsmdən köçürüb və hətta orda özünü də təsvir edib. O, bu şəkli 17 yaşında çəkib. Şəkil üzərindəki tarix 2 iyul 1865-ci ili göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: