Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar Naxçıvan Dövlət Kukla Teatrında Mirmehdi Seyidzadənin “Qızıl xoruz” tamaşasına baxıblar.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 İyun-Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibətilə təqdim edilən “Qızıl xoruz” tamaşası balacalar tərəfindən maraqla qarşılanıb.
Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.