Xor kollektivi arasında müsabiqə keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Naxçıvan Dövlət Filarmoniyasında muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin xor kollektivləri arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilib.

Müsabiqədə muxtar respublikamızda fəaliyyət göstərən 21 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin xor kollektivi iştirak edib.

Xor kollektivlərinin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi və Ordubad Şəhər Uşaq Musiqi Məktəbi II, Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi, Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi və Culfa Şəhər Uşaq Musiqi Məktəbi III yerin qalibi olublar.

Müsabiqədə fərqlənən Zeynəddin Kənd Uşaq Musiqi Məktəbi və Vənənd Kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi diplomlarla, Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi, Çalxanqala Kənd Uşaq Musiqi Məktəbi və Şıxmahmud Kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi isə fəxri fərmanlarla təltif olunub.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: