Pakistanda Azərbaycan musiqisinin növbəti uğuru - FOTOLAR

A- A A+

Azərbaycan muğamı bu dəfə Pakistanın Kəraçi şəhərində – dünyanın müxtəlif guşələrindən sənət adamlarını bir araya gətirən III Dünya Mədəniyyət Festivalında səslənib. Beynəlxalq Muğam Mərkəzinin (BMM) direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı, Qarabağ Universitetinin baş müəllimi Kamran Kərimov bu mötəbər sənət platformasında ölkəmizi təmsil ediblər.

Muğam Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Dünya Mədəniyyət Festivalının bağlanışı ərəfəsində səhnəyə çıxan azərbaycanlı musiqiçilərin ifası əsl musiqi bayramına çevrilib.

Sahib Paşazadə və Kamran Kərimov bu mötəbər festivala artıq üçüncü dəfə qatılırlar. Bu, Azərbaycan musiqi sənətinə göstərilən beynəlxalq marağın, eləcə də sənətçilərimizin festivalın nüfuzlu iştirakçıları sırasında yer aldığının göstəricisidir.

Ötən il Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında fəxri medala (“İncəsənətə göstrədiyi xidmətlərə görə”) layiq görülmüşdü. Medal Əməkdar artistə “Art Council” təşkilatının prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib və tarzən bu mükafata layiq görülən ilk sənətkardır.

Bu il üçüncü dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalı miqyasına və iştirakçı sayına görə diqqətçəkən beynəlxalq sənət hadisəsinə çevrilib. Dünyanın 150 ölkəsindən 1000-dən çox sənət adamının dəvət olunduğu festival musiqi, teatr, rəqs, rəssamlıq, kino və digər yaradıcılıq sahələrini vahid sənət platformasında birləşdirib. Müxtəlif mədəniyyətlərin, ənənələrin və yaradıcılıq üslublarının qovuşduğu bu möhtəşəm tədbir Kəraçini günlər boyu əsl sənət paytaxtına çevirib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: