Belarusda keçiriləcək II Avropa Oyunları çərçivəsində “İdman-yüksək mədəniyyətdir” adlı sərgi təşkil olunacaq.
NUHÇIXAN BELTA-ya istinadla xəbər verir ki, sərgidə Azərbaycan da daxil olmaqla 12 ölkədən rəssam və fotoqrafların 250 işi təqdim olunacaq. Sərgidə, həmçinin Azərbaycanda keçirilən I Avropa Oyunları ilə bağlı işlər də nümayiş etdiriləcək. İyunun ortalarından açılacaq sərgi avqustun 4-dək davam edəcək.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30 tarixlərində Belarusda keçiriləcək.