Naxçıvan Atçılıq və İstirahət Mərkəzində balaca fidanlar üçün konsert - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan Atçılıq və İstirahət Mərkəzində  konsert proqramı təşkil olunub.

Uşaqlar mərkəzdə yaradılan zooparkda heyvanlara tamaşa edib, poni cinsli atlara minib, əyləncəli atraksionlardan istifadə ediblər. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının bədii özfəaliyyət və musiqi ansamblının müşaiyəti ilə musiqi nömrələri səslənib.  Şeir  və mahnı oxuyan uşaqlar hədiyyələrlə mükafatlandırılıb. Qonaqlar üçün çay süfrəsi təşkil olunub.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: