Şamil Qazıyevin yaradıcılığında Naxçıvan - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Tarix Muzeyində “Görkəmli rəssam Şamil Qazıyevin yaradıcılığında Naxçıvan” mövzusunda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Şamil Qazıyev görkəmli sənətkar Bəhruz Kəngərli ənənələrini, mövzu və janrlarını davam etdirib, istedadlı teatr rəssamı kimi fəaliyyət göstərib. Etüd, natürmort, portret, peyzaj, qrafika janrında müxtəlif əsərlər yaradıb.

Sonra tədbir iştirakçıları görkəmli rəssamın əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonda Ərtoğrol Cavid adına Naxçıvan şəhər Uşaq Musiqi və Bədii Sənətkarlıq və Bəhruz Kəngərli adına Şərur şəhər  Uşaq  İncəsənət məktəblərinin müəllimləri uşaqlara  ustad dərsi keçib.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: