“Lira” musiqili intellektual oyununun final mərhələsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Musiqi Kollecinin tələbələri arasında “Lira” musiqili intellektual oyununun final mərhələsi keçirilib.

Seçim mərhələsində qalib olan “Simfoniya”, “Melodiya” və “Bayatı şiraz” komandaları final mərhələsində mübarizə aparıblar. 4 mərhələdə keçirilən oyunda Musiqi ədəbiyyatı, Musiqi nəzəriyyəsi, Xalq yaradıcılığı, Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi parçaları sual şəklində səsləndirilib. Verilən cavablara əsasən “Simfoniya” komandası birinci, “Melodiya” komandası ikinci, “Bayatı şiraz” komandası üçüncü yerləri tutublar.

Sonda qalib komandalar mükafatlandırılıb.

 

Cahangir Mehdiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: