Özbəkistanın “Ədəbiyyat qəzeti”ndə Azərbaycan şairləri Mirzə Ələkbər Sabirin və Vaqif Səmədoğlunun şerləri dərc olunub.
NUHÇIXAN xəbər verir ki, şerləri orijinaldan şair Kərim Bəxriyev çevirib.
Əvvəl Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, bildirilir ki, M.Ə.Sabir əbədiyaşar şairdir.
Xatırladırıq ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla bu ölkənin “Ədəbiyyat qəzeti”nin baş redaktoru Baxtiyor Karim arasında əməkdaşlıqla bağlı görüş keçirilib.
AMM-nin direktoru 2019-cu ilin ölkəmizdə Azərbaycan Prezidentinin Sərəncamı ilə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar il ərzində “Ədəbiyyat qəzeti”nin xüsusi buraxılışının dərc olunmasını və bu buraxılışın bütövlükdə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmasını təklif edib və hazırda bu istiqamətdə iş aparılır.