Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə razılaşma Azərbaycanın Türkiyədəki səfirliyi ilə qardaş ölkənin Poçt və Teleqraf Təşkilatı Baş İdarəsi arasında əldə olunub.
Min ədəd buraxılan markada Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi əks olunub.