Naxçıvan şəhərində və Sədərəkdə maraqlı konsert olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi şagirdlərinin  Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş hesabat konserti olub. “Gənclik” Mərkəzində təşkil edilən  konsertdə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Ansamblının və  şagirdlərin müxtəlif musiqi alətlərində ifaları səslənib. 

Bundan başqa Naxçıvan Musiqi Kollecinin “Buta” muğam ansamblı da Sədərək Rayon Mədəniyyət Sarayında çıxış edib. Konsert proqramında ifa edilən Oqtay Kazımi, Rauf Hacıyev, Ramiz Mirişli, Emin Sabitoğlu, Əlibaba Məmmədov, Rauf Məmmədov və başqa bəstəkarların, o cümlədən  xalq mahnısı tamaşaçılar  tərəfindən alqışlarla qarşılanıb.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: