“Qızıl xoruz” tamaşası balacalara təqdim edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə  Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Culfa Rayon Mədəniyyət Sarayında balaca tamaşaçılara Mirmehdi Seyidzadənin “Qızıl xoruz” pyesi əsasında hazırlanan tamaşanı təqdim ediblər.

Tamaşadakı Elşən, Xoruz, Padşah, Vəzir, Fərraş, Naib, Aşpaz, Rəqqasə, Qonaq, Nənə surətlərini teatrın aktyorları Ləman Əhmədova, Süleyman Süleymanov, İlham Babayev, İbad Nəbiyev, İlqar Babayev, Arzu Səfərov, Əfqanə Ələsgərova, Vəsmə Quliyeva, Ulduz Süleymanova ifa edirlər.

Tamaşanın quruluşçu rejissoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, quruluşçu rəssamı Ədalət Quliyev, bəstəkarı Əli Məmmədovdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: