Bu il prestijli “World Travel Awards” mükafatının təqdim edilməsi mərasimində Portuqaliya 39 təltifə layiq görülüb. Bu mükafat turizm sahəsində ali təltif sayılır.
NUHÇIXAN xəbər verir ki, Lissabon dünyanın bir sıra turizm paytaxtlarını geridə qoyaraq “Ən yaxşı Avropa istiqaməti” nominasiyasında mükafata layiq görülüb. Alqarve regionu və Madeyra adası isə “Ən yaxşı Avropa çimərliyi” kateqoriyasında mükafat alıb.
“World Travel Awards” mükafatı 1993-cü ildə müxtəlif ölkələrdə turizmin rəqabət qabiliyyətini və keyfiyyətini stimullaşdırmaq məqsədilə təsis edilib. Hər il dünyanın aparıcı mərkəzləri bu mükafat uğrunda mübarizə aparır.