Türkiyənin Ərzurum şəhərində Azərbaycana aid möhtəşəm mərasim təşkil edilib - FOTOLAR
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurumda təntənəlim mərasim keçirilib.
NUHÇIXAN xəbər verir ki, Ərzurumun mərkəzində təşkil olunan mərasimdə bu şəhərin rəhbər şəxsləri, şəhərdə fəaliyyət göstərən Atatürk Universitetinin kollektivi, yerli ictimaiyyətin tanınmış simaları, ətraf vilayətlərdən gələn qonaqlar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutu, diplomatik orqanlarımızın təsis edilməsi və keçdiyi yol, Naxçıvanın muxtariyyət statusunun qazanılması məsələlərindən danışıb. Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən natiq diqqətə çatdırıb ki, 15 iyun-Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində yeni bir eranın başlanğıcıdır.
Açılışdan sonra “Şərur” Xalq Yallı Ansamblının möhtəşəm ifası iştirakçıların bayram ovqatın daha da yüksəldib.
Sonra iki qardaş ölkəyə həsr edilmiş rəsm sərgisinə baxış olub.