Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Babək rayon Şıxmahmud kəndində “Xalq yaradıcılığı günü” keçirilib.
Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə şöbənin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri, eləcə də klub müəssisələrinin əməkdaşları milli musiqi nümunələrimizi ifa ediblər.
“Xalq yaradıcılığı günü”ndə klub müəssisələrindəki toxuculuq dərnəyi üzvlərinin toxuma sənətinə aid nümunələri də nümayiş olunub.