Şahbuz Rayon Xalq Teatrı ordubadlıların qonağı olub

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Şahbuz Rayon Xalq Teatrı Əbdürrəhim bəy Haqverdiyevin "Məşədi Qulam qiraət öyrənir" əsəri əsasında hazırladığı eyniadlı tamaşanı Ordubad Rayon Mədəniyyət Sarayında nümayiş etdirib.

Tamaşanın quruluşcu rejissoru Namiq Mehdiyev, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçısı Emin Hüseynovdur. Tamaşadakı rolları Elbəyi Qəhrəmanov, Səadət Abdinova, Abbasəli Abbasov və başqaları canlandırıblar. Obrazların təbii və canlı təqdimatı, səhnə əsərindəki hadisələrin və əsərin ideyasının olduğu kimi çatdırılması tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Əli Rzayev

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: