Kamera Orkestri Kəngərlidə çıxış edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Kəngərli Rayon Mədəniyyət Sarayında konserti olub. Konsert Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunub.

Orkestr əvvəlcə Fikrət Əmirovun “1001 gecə” baletindən fraqment səsləndirib.

Sonra Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyev, gənc müğənnilər İlkin Abdullayev, Rahim Əsgərzadə Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Onların ifasında səslənən Asəf Zeynallının “Ölkəm” romansı, Tofiq Quliyevin “Sevgilim”, “Bakı”, Müslüm Maqomayevin “Azərbaycan” Vasif Adıgözəlovun “Sahilə gəl” və başqa mahnılar alqışlarla qarşılanıb. Konsertdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Əsgərin mahnısı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən səslənən musiqilər də tamaşaçılarda xoş ovqat yaradıb.

Kamera orkestrinin ifasında həmçinin  Avropa bəstəkarlarının populyar melodiyaları səsləndirilib.

Konsert bütün solistlərin ifasında Rauf Hacıyevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

 

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: