Həvəskar aktyorlar Kəngərlidə tamaşa oynayıblar

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Kəngərli rayonu  mədəniyyət evləri dərnək üzvləri görkəmli yazıçı və dramaturq Süleyman Sani Axundovun “Şahsənəm və Gülpəri” adlı komediyasını tamaşaya qoyublar. Rayon Mədəniyyət Sarayında təqdim edilən tamaşa  dərnək üzvlərinin hazırladığı ilk tamaşadır.

Komediyanın mərkəzində köhnəliklə yeniliyin mübarizəsi durur. Hüququnu anlamaqla yeni həyata atılmaq istəyən qadınların köhnə fikirli ərlərinə qarşı mübarizəsi komediyanın əsas mövzusudur.

Quruluşçu rejissoru Şölə Novruzbəyli olan tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanıb.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: