NUHÇIXAN xəbər verir ki, Babək Rayon Xalq Teatrının kollektivi Şərur rayonunda qastrol səfərində olub. Kollektiv Şərur Rayon Mədəniyyət Sarayında şərurlu teatrsevərlərə Əfqan Əsgərovun “Qız atası” tamaşasını təqdim edib. Xalq teatrının uğurlu tamaşalarından olan “Qız atası” komediyası ailə-məişət mövzusundadır.
“Qız atası” tamaşası komik vəziyyətlərlə, gülüş doğuran dialoqlarla zəngindir. Cavad kişi, Pəri, Heydər, Məryəm, Kərəm, Rəna, Əhməd, Nəroğlan personajlarını Azərbaycan Respublikasının Əməkdar artisti Vidadi Rəcəbli, Stella Babayeva, Rasim Qasımov, Nuray Mehdiyeva, İsmayıl Qurbanov, Sunay Ağayev, Elsevər Məmmədov təbii və canlı oynamaqla tamaşaçıda gülüş yarada bilirlər.
Tamaşanın quruluşçu rejissoru Yusif Əliyev, rejissoru Azərbaycan Respublikası Əməkdar artisti Vidadi Rəcəbli, musiqi tərtibatçısı Cabir Məmmədovdur.
Əli Rzayev