Teatr növbəti yaradıcılıq mövsümünə yekun vurub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 136-cı teatr mövsümünün bağlanış mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan teatrının tarixi və inkişaf yolundan danışıb.

Vurğulanıb ki, 1883-cü ildə yaradılan teatrın  müstəqillik illərində yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib. Bu illərdə hazırlanan “Nadir şah”, “Atabəylər”, “Topal Teymur”, “Pompeyin Qafqaza yürüşü”, “Hökmdar və qızı”, “Atillanın atlıları”, “Məhsəti”, “Qönçəbəyimin nəğməsi”, “Mirzə Fətəli”, “Mirzə Cəlil taleyi”, “Əlincə qalası”, “Ağa Məhəmməd şah Qacar”, “Koroğlunun Çənlibelə qayıdışı”, “Qurtuluş dastanı”, “Araz sahilində doğan günəş”, “Qılınc və qələm”, “Əli və Nino”, “Ehsan xan Kəngərli” və başqa tamaşalar teatrın yaradıcılıq axtarışlarının nəticəsi və tarixi mövzulara marağının göstəricisidir.

Sonra “Ölülər və dəlilər” tamaşası göstərilib. Əsər Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında hazırlanıb.

Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov və Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

Əli Rzayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: