İyulun 9-10-da qədim Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Turizm Şurasının iclası və iclas çərçivəsində “MDB ölkələrində turizm, regional əməkdaşlıq, yeni çağırışlar və imkanlar” adlı seminar, həmçinin turizm yarmarkası keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Özbəkistanın Turizm üzrə Dövlət Komitəsi, MDB-nin İcraiyyə Komitəsi və Səmərqənd vilayət hakimiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbirlərdə Azərbaycan da iştirak edəcək.
Tədbirlərdə iştirakçılar MDB ölkələrinin turizm potensialı ilə tanış olacaq, bu ölkələrdə yaradılan yeni turizm məkanları təqdim ediləcək, birgə layihələrin sayının artırılması imkanları nəzərdən keçiriləcək, təcrübə mübadiləsi aparılacaq. MDB-nin turizm qurumları arasında dialoqun aktivləşdirilməsi və əlaqələrin daha da yaxınlaşdırılması istiqamətində sənədlərin imzalanacağı da gözlənilir.