Culfa rayonunda mədəni tədbir keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfada növbəti mədəni kütləvi tədbir  keçirilib. "Gülüstan" Tarix-Mədəniyyət Qoruğunda keçirilən tədbirdə Culfa Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan klub müəssisələrinin dərnək üzvlərinin, folklor qrup və kollektivlərinin ifasında "Çoban qara", "Bu qala daşlı qala" xalq mahnıları, "Baş sarıtel", "Ruhani" saz havaları, "Gülümey", "Gəlinbacı", "Aman nənə" xalq oyunları, "Tənzərə" yallısı, "Bayatı Şiraz təsnifi", "Şirvan", "Nəlbəki" rəqsləri və digər xalq yaradıcılığı nümunələri təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: