Misirdə turistlərin muzeylərdə, habelə tarixi abidələrin ərazisində pulsuz foto çəkmələrinə icazə veriləcək. NUHÇIXAN “www.tourprom.ru” saytında yerləşdirilən informasiyaya istinadla bildirir ki, bu icazə avqustun 1-dən tətbiq ediləcək. Bu barədə məlumatı Misir Qədim Abidələr Nazirliyi yayıb.
Müvafiq qərar Misirin Qədim Abidələrin İşləri üzrə Ali Şurasının rəhbərliyi tərəfindən qəbul edilib. Şuranın başçısı Mustafa Vəzirinin sözlərinə görə, muzeylərdə və arxeoloji abidələrin ərazisində foto çəkdirməyə icazə verilməsi Misirə daha çox turist cəlb edə bilər.
Bununla belə, Şurada xatırladıblar ki, muzeylərin, qədim sərdabaların içində və məbədlərdə alışmadan istifadə etmək əvvəlki kimi qadağandır.