İslam ölkələrinin kulinariya yarışı keçiriləcək

A- A A+

İyulun 15-dən 19-dək Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Azərbaycan Milli Kulinariya Mərkəzi, İslam Ölkələri Kulinariya Təşkilatlarının Dünya Birliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, “Azərsun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə Bakı şəhərində I Dünya İslam Kulinariya Konqresi, Dünya İslam Kulinariya Təşkilatının II konfransı, II İslam Kulinariya çempionatı keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, tədbir çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların halal kulinariya çempionatı, WICS kateqoriyalı kulinariya münsifi kursları keçiriləcək.

Münsif kursları tanınmış xarici mütəxəssislər tərəfindən aparılacaq, sonda müdavimlərə sertifikatlar veriləcək.

Kulinariya çempionatı 11 kateqoriyada keçiriləcək. Bu kateqoriyalar içərisində ilk dəfə olaraq restoranlar arasında milli toy, nişan süfrəsi yarışları, otel və restoranlar arasında Azərbaycan səhər yeməyi süfrəsi yarışı keçiriləcək.

Tədbirdə 20-dən çox xarici ölkədən qonaqlar iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: