BBC telekanalı: Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında

Codrel Radioastroloji Rəsədxanasının Dünya İrs Siyahısına daxil edilməsi əlamətdar hadisədir

A- A A+

Dünyanın ən nüfuzlu telekanallarından olan BBC Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Codrel Radioastroloji Rəsədxanasının Dünya İrs Siyahısına daxil edilməsini Böyük Britaniya üçün əlamətdar hadisə adlandırıb.

NUHÇIXAN telekanalın saytına istinadla xəbər verir ki, reportajda Böyük Britaniyanın Codrel Radioastroloji Rəsədxanasının (Jodrell Bank Observatory) tarixindən bəhs edilib. Rəsədxananın direktoru Tereza Anderson deyib: “Azərbaycandan gələn xəbər bizi çox sevindirdi. Bu, rəsədxananın tarixində ən əlamətdar gündür. UNESKO-nun qərarı Sir Bernard Lovellin və digər aparıcı alimlərin əməyinə verilən ən yüksək qiymətdir”.

1945-ci ildə sir Bernard Lovell tərəfindən əsası qoyulmuş bu rəsədxana Böyük Britaniyanın Dünya İrs Siyahısına daxil edilən 32-ci mədəni sərvətidir. Hər il bu rəsədxananı 185 min turist ziyarət edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: