Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün “Ağca və Bozca” tamaşası göstərilib.
Alleqoriya şəklində yazılan “Ağca və Bozca” pyesinin müəllifi Nağı İsmayılzadədir. Tamaşanın əsas qəhrəmanları Ana dovşan, Ağca və Bozcadır. Tamaşada hadisələr Dovşanların başına gələn sərgüzəştlər üzərində qurulub.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Yasəmən Ramazanova, quruluşçu rəssamı Rafael Qədimov, bəstəkar Əli Məmmədovdur.