Yeni eksponatların təqdimatı keçirildi - FOTOLAR

A- A A+

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Tarix Muzeyində yeni eksponatların təqdimatı ilə bağlı tədbir keçirilib.

Keçirilən tədbirdə muzeyin direktoru Nizami Rəhimov qeyd edib ki, digər muzeylər kimi Naxçıvan Dövlət Tarix Muzeyinin də fondu ildən-ilə zənginləşir. 2018-ci ildə muzeyə 346 ədəd eksponat daxil olubsa, bu ilin I yarısında muzey fonduna daxil olan eksponatların sayı 529 ədəd olub. 

Növbəti  tədbirdə muzeyə Böyük Vətən Müharibəsi veteranlarından Adil Cəfərov və Yunis Qasımova aid eksponatlar təqdim olunub. Təqdim olunan 340 ədəd eksponatın içərisində hər iki veteranın təltif olunduğu orden və medallar, onların vəsiqələri, tarixi sənədlər, fotoşəkillər, xəritə-sxemlər və digər şəxsi əşyaları əsas yer tutur.

Tədbir iştirakçıları təqdim olunan yeni eksponatlarla yaxından tanış olublar.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: