Sağlamlıq imkanları məhdud uşaqlar üçün film nümayiş olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Dərs” filmi nümayiş olunub.

Film Xalid adlı uşağın həyatından bəhs edir. Ağıllı və xeyirxah ürəyə malik olan Xalid əsl dost tapmaq arzusundadır, lakin kök olduğu üçün uşaqlar onu ələ salırlar. Qarşılaşdığı bütün çətinliklərə baxmayaraq bir  gün Xalid öz yaşıdlarına, hətta böyüklərə də dərs verir.

“Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, bəstəkarı Tünzalə Ağayeva, quruluşçu rəssamı Fikrət Ələkbərovdur.

Film balaca tamaşaçılar tərəfindən maraqla izlənilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: