Seminar-treninq keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Heydər Əliyev Muzeyində “Muzeylərdə açıq dərslərin keçirilməsinin gənclərin təlim-tərbiyəsində rolu” mövzusunda seminar-treninq keçirilib.
Nazirliyin sisteminə daxil olan muzeylərin əməkdaşlarının iştirak etdiyi tədbirdə Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova qeyd edib ki, il ərzində artıq 7 belə seminar-treninq təşkil olunub. Həmçinin cari ilin birinci yarımilində muzeylərdə ümumilikdə 195 açıq dərs keçirilib.
Tədbirdə Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev “Açıq dərslərin keçirilməsində Heydər Əliyev Muzeyinin təcrübəsi” mövzusunda çıxış edib.
Sonra mövzu ilə bağlı müzakirə aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda muzeyin ekspozisiyasına baxış olub.