Özbəkistan portalı Şəki Xan Sarayının UNESKO-nun siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb

A- A A+

Özbəkistanın qalampir.uz portalı Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı material hazırlayıb.

NUHÇIXAN xəbər verir ki, məqalədə XVIII əsrə aid olan Şəki Xan Sarayı ilə bağlı geniş məlumat yer alıb. Bildirilir ki, saray 1848-1851, 1955-1965 və 2002-ci ildə restavrasiya olunub.

Materialda qeyd edilir ki, Xan Sarayının gözəlliyinə və təkrarsız memarlıq üslubuna baxmaq üçün hər gün bura yüzlərlə turist gəlir.

Məqalədə Şəki Xan Sarayına aid çoxlu fotoşəkil də yerləşdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: