Tom Kruz “Sərrast atıcı 2” filminin treylerini təqdim edib

A- A A+

İyulun 19-da amerikalı kinoaktyor Tom Kruz San-Diyeqo şəhərində (Kaliforniya) keçirilən “Comic-Con” beynəlxalq festivalında “Sərrast atıcı 2” kəskin süjetli filmi təqdim edib.

NUHÇIXAN TASS agentliyinə istinadən xəbər verir ki, ekran əsəri 1986-cı ildə çıxmış “Sərrast atıcı” filminin davamıdır.

“Biz ABŞ-ın Hərbi Dəniz Qüvvələri ilə əməkdaşlıq edirik. Mən sizinlə qırıcı təyyarədə uçmağın nə demək olduğunu bölüşmək istərdim”, - deyə aktyor bildirib.

Filmin qəhrəmanı hər zaman olduğu kimi qara gödəkcədə gözünə eynək taxaraq motosikletlə təyyarəni ötməyə çalışır.

Filmin premyerasının 2020-ci il iyunun 26-da keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: