Uşaq Teatrı Şahbuzda tamaşa oynayıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Uşaq Teatrı “1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günü” ərəfəsində Şahbuz şəhərində uşaqların qonağı olub. “Bizə Dovşan və meşəbəyi lazımdır” adlı iki şəkilli alleqorik komediya balaca tamaşaçılara təqdim edilib.
Balaca aktyorların həvəslə oynadığı tamaşa maraqla qarşılanıb.
Tamaşanın müəllifi Tofiq Seyidov, quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, səhnə tərtibatçısı Həbib Allahverdiyev, musiqi tərtibatçısı isə Mirsaleh Seyidovdur.
Əli Rzayev