Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə müsəlman Şərqində ilk parlamentli respublika və dövlətçilik tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
NUHÇIXAN xəbər verir ki, Avropanın mütərəqqi demokratik dəyərlərinin Şərqin zəngin mədəni irsi ilə birləşdirən AXC-nin 100 illik yubileyində Fransanın elm və mədəniyyət xadimləri, eləcə də bu ölkədə yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində Əməkdar Rəssam, mərhum Adil Rüstəmovun əsərlərindən ibarət sərgi təşkil edilib.
Ömrünün son illərini Fransada yaşayan rəssamın bu ölkədə təşkil olunan fərdi sərgiləri daim sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.