Gənclərin muzeylərə ekskursiyası təşkil olunub - FOTOLAR

A- A A+

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, "12 avqust-Beynəlxalq Gənclər Günü" manasibətilə 45 nəfər gəncin muzeylərə ekskursiyası təşkil edilib. İştirakçılar gəzinti zamanı Heydər Əliyev Muzeyi və Döyüş Şöhrəti və Tarix Muzeyini gəzib, orada nümayiş edilən eksponatlarla yaxından tanış olublar.

Məqsəd "12 avqust-Beynəlxalq Gənclər Günü"nün qeyd edilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclərin tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Ekskursiya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: