Ərtoğrol Cavidin irsinin təbliğində Hüseyn Cavid Muzeyinin rolu - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Hüseyn Cavidin  Ev Muzeyində  “Ərtoğrol Cavid  irsinin qorunmasında və təbliğ olunmasında  Hüseyn Cavidin Ev Muzeyinin rolu” mövzusunda  seminar keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirib ki, görkəmli mütəfəkkir-şair Hüseyn Cavidin ailəsində anadan olan, Azərbaycan mədəniyyətinin dəyərli simalarından biri kimi zəngin irs yaradan, musiqişünas, rəssam və tədqiqatçı Ərtoğrol Cavidin 2019-cu il oktyabrın 22-də anadan olmasının 100 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 aprel tarixli Sərəncamı ilə Ərtoğrol Cavidin 100 illik yubileyi muxtar respublikada   silsilə  tədbirlərlə  qeyd olunur.

Qeyd edilib ki,  görkəmli tədqiqatçı qısa ömür sürsə də, çoxşaxəli və zəngin fəaliyyəti ilə yaddaşlara həkk olunub.

Hüseyn Cavidin Ev Muzeyinin direktoru Bəhruz Axundov bildirib ki, muzeyin fondunda Ərtoğrol Cavidlə bağlı 200-dən çox eksponat mövcuddur. Görkəmli  bəstəkarın 100 illiyi ilə əlaqədar toplanmış bütün eksponatlar əsasında muzeydə yaradıcılıq işləri aparılır və “Hüseyn Cavidin  Ev Muzeyində Ərtoğrol Cavidə aid eksponatlar” adlı kataloq da tərtib edilir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

                                                                                      Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: