Misir xarici turistləri “Instagram” vasitəsilə ölkəyə cəlb edəcək

A- A A+

Misir ölkəsinin turizm imkanlarının təşviqi məqsədilə qlobal reklam kampaniyasını işə salıb. Bunun üçün tarixdə ilk dəfə olaraq əsas platforma kimi dünyada populyar olan “Instagram” sosial şəbəkəsindən istifadə ediləcək.

NUHÇIXAN xəbər verir ki, Misirin Turizm Nazirliyi ənənəvi reklam kanallarından imtina edərək, daha gənc və fəal səyahətçiləri ölkəyə sosial media şəbəkəsi vasitəsilə cəlb edəcəyini açıqlayıb. Turist axınının ölkəyə cəlb olunması məqsədilə nazirlik sosial şəbəkələrdə ümumi 20 milyon istifadəçisi olan “Beautiful Destinations” şirkəti ilə müqavilə bağlayıb. Bu şirkətin əsas fəaliyyət meydanı 12,7 milyona yaxın izləyicisi olan “Instagram” şəbəkəsidir.

Misirin Turizm naziri Raniyə Maşat bildirib ki, “People To People” adlı yeni kampaniya, o cümlədən “yerli əhalinin qonaqpərvərliyi və açıqlığı” sayəsində ölkəyə turistləri cəlb etməyə imkan verəcək. O həmçinin qeyd edib ki, nazirliyin əsas məqsədi həm də yerli əhalinin birbaşa ya dolayısı ilə turizm sektorunda çalışması üçün imkanların yaradılmasıdır. R.Maşat deyib: “Bu məqsədlərə nail olmaq istiqamətində biz səyahətçilərə Misir haqqında təsəvvürü dəyişmək, onun tanınmayan tərəflərini nümayiş etdirmək, insanları barədə məlumat vermək niyyətindəyik”

Misirin turizm nazirliyinin məlumatında qeyd olunur ki, iki dəqiqədən çox olan ilk videoçarxda həm ölkənin “gizli mirvarilərini”, həm də turistik istiqamətin bütün cəlbedici tərəflərini göstərmək mükündür. Videoçarxda ənənəvi Giza Piramidalarından və Luksorun heykəllərindən, İskəndəriyyənin və Asuanın görüntülərindən başqa, səhralar, hava şarında uçuş, balıq bazarı, dağa dırmaşma və digər fəal istirahət növləri görüntülənir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: