Gənzə hamamı qədim mədəniyyət abidəsidir

A- A A+

Ordubad rayonunun Gənzə kəndində yerləşən və XV yüzilliyə aid olan Gənzə hamamı Naxçıvanın ən qədim abidələrindən hesab olunur. Hamam Hacı Hüseynqulu məscidinin şimal-şərq tərəfində yerləşir. Şimal-şərqdən girişi olan hamamın uzunluğu 22,6, eni 9,4, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 kvadratmetr olan hamamın əsas və köməkçi otaqları iki günbəzlə örtülüb. Otaqlar bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşir. İsti su hovuzu  əsas otağa bitişik inşa olunub. Keçmişdə hovuza su dağlardan çəkilmiş saxsı su boruları ilə gətirilib. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilirdi. İnsanlar isti suyu yuyunma otağına açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilən otaqdan götürərdilər. Otaqların altında isti hava verən kanallar keçir. Hamamın üç bacası var. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və tağ-tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tağ tavanının mərkəzində qoyulan baca vasitəsilə işıqlandırılır. Döşəmənin altından hovuzdakı suyu qızdırmaq üçün istifadə olunan borular keçir.

                                                                                  “El həyatı” qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: