Almaniyada avtomobillərin olmadığı kurort şəhəri

A- A A+

Almaniyanın Şimal dənizi akvatoriyasında bu ölkənin tərkibinə daxil olan 6 adadan biri də Yust adasıdır. Onu bəzən Friz adası da adlandırırlar. Yust “Aşağı Saksoniya dayaz dəniz sahəsi” milli parkının ərazisində yerləşir.

NUHÇIXAN-ın bu kiçik arayışında almanların və əcnəbi turistlərin sevimli istirahət məkanlarından biri olan bu ada haqqında məlumat verilir. Məsələ orasındadır ki, bu adada avtomobillər olmadığından sakitliyi sevən turistlər burada əsl cənnətə düşürlər. Maraqlıdır ki, hətta at faytonları belə adada piyadaların sürətinə uyğun hərəkət etməlidir. Hər il Yust adasında 130 mindən çox turist təxminən iki həftə müddətində istirahət edir.

Adanın maksimum eni 1 kilometrdir. Bu unikal landşaft Şimal dənizinin digər kiçik adaları ilə birlikdə UNESKO-nun təbiət abidələrinin Dünya İrsi siyahısına daxil edilib.

Bu regionun digər dəniz kurortlarında da avtomobil nəqliyyatının hərəkəti qadağan edilib və ya məhdudlaşdırılıb. Onların arasında Baltrum, Gelqoland, Langeoq, Şpikeroq və Vangeroq adaları var.

Bir sözlə, əgər siz gərgin əmək fəaliyyətindən sonra Almaniyanın rahat guşəsinə çəkilərək dincəlmək istəyirsinizsə, onda Yust adası sizin üçün ideal istirahət məkanıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: