Sentyabrın 27-də Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat Dünya Turizm Təşkilatının saytında yer alıb. Dünya Turizm Günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” mövzusuna həsr olunub. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.