Aeroportların fəaliyyətinin incəlikləri haqqında ən çox məlumata orada işləyənlər malikdirlər. Aeroportların əməkdaşları öz işləri ilə bağlı şahid olduqları hadisələri sosial şəbəkələrdə bölüşürlər. NUHÇIXAN Yandeks Dzen saytına istinadla onlardan ən maraqlılarını sizin diqqətinizə çatdırır.
1. Aeroportda sizin yoxlamadan keçdiyiniz skanerlər sağlamlığınız üçün təhlükəsizdir.
2. Təyyarənin salonuna keçirməyə icazə verilməyən əl baqajınızı aeroportların saxlama kamerasına qoymaq və ya zəruri ünvana bağlama şəklində göndərmək olar.
3. Gömrükdə müsadirə olunmuş əşyalarınızı tez-tez xüsusi hərraclarda satışa çıxarırlar.
4. Bəzi aeroportlarda əlinizdəki qabları doldura və təyyarənin salonuna apara biləcəyiniz içməli su kranları var.
5. Duty Free mağazalarında ən asan ödəniş növü dollar və avro ilədir.
6. Cihazların akkumulyatorlarını baqaja təhvil vermək olmaz.
7. Bəzi aeroportlarda birdəfəlik alt paltarı, gigiyena vasitələri, telefonlar üçün şarj alətləri və digər zəruri əşyaları münasib qiymətlərə almağın mümkün olduğu ticarət avtomatları quraşdırılıb.
8. Bir sıra aeroportlar sizin lazım olan çıxışa yaxınlaşmağınız üçün olduqca böyükdür və sərnişinlər bu zaman çoxlu vaxt itkisinə məruz qalırlar. Bu səbəbdən aeroportun xəritəsini əvvəlcədən öyrənməyi məsləhət görürük.
9. Aeroportlarda bir çox hallarda pulsuz Wi-Fi olur.
10.Terminallar arasında sürətli hərəkət etmək üçün nəzərə alınmalıdır ki, onların bir çoxu qatarların hərəkət etdiyi yeraltı tunellərlə birləşir.
11.İri aeroportların əksəriyyətində VIP zonalarına giriş bileti əldə etmək olar. Siz burada istirahət otağında dincələ və duş ala bilərsiniz.
12.Bəzi aeroportlarda sərnişinlərin hərəkətlərinə, mimikasına və davranışına nəzarət edən mütəxəssislər – profaylerlər fəaliyyət göstərirlər. Onlar potensial təhlükə mənbəyi olan insanları aşkar edirlər.
13. Aeroportun əməkdaşları, stüardessalar və pilotlar üçün heç bir xüsusi giriş yeri yoxdur. Onların hamısı sərnişinlər kimi eyni yoxlama prosedurlarından keçirlər.
14.Baqajın böyük aeroportlarda növləşdirilməsi tamamilə avtomatlaşdırılıb. Bu sistem sizin baqajınızı xüsusi kod ştrixi ilə çeşidləyir və lazım olan reysə göndərir.
15.Əgər çamadanınızın üzərində bundan əvvəlki uçuşdan qalmış kod ştrixinin etiketi qalıbsa, o zaman sizin baqaj lazım olan istiqamətə göndərilməyə də bilər.
16. Aeroport əməkdaşları baqajınızın şübhəli olduğunu hiss edərlərsə, onda onu açaraq təkrar yoxlayacaqlar.
17.Böyük aeroportlarda hava nəqliyyatının sıxlığı çox olduğundan hər dəqiqə təyyarələrin uçuş və enişi həyata keçirilir.
18.Sizin vizanızı sərhəd nəzarətində yoxlamırlar. Bunu qeydiyyat masasındakı əməkdaşlar edirlər. Sərhəd xidmətini yalnız sizin ölkədə qalmağınızın qanuni olması və ölkəyə girişinizin qadağan edilməməsi maraqlandırır.